Fransa polisləri bu ölkə hökumətinə qarşı aksiya keçiriblər
Fransanın polis məmurlarından yüzlərlə nəfər Parisdə və bu ölkənin bir neçə digər şəhərindəki polis idarələri və icra hakimiyyətləri önündə aksiya keçirib və hökumətdən dəstək istəyibdir.
SaharAzeri xəbər verir, Bu aksiya polis qüvvələrinin həmkarlar ittifaqının çağırışı ilə keçirilibdir.
Fransanın polis məmurlarının aksiyası həmçinin dünən Sent-Etyen, Marsel, Tuluza, Bordo, Nis, Lil və bir neçə digər şəhərdə polis idarələri və icra hakimiyyətləri önündə keçirilibdir.
Son günlər polis zorakılığı və rasizminə qarşı ümumi etirazların şiddətlənməsilə Fransanın daxili işlər naziri Kristof Kastner xəbərdarlıq etmişdi ki, bu kimi rəftarlarla mübarizə aparacaqdır.
Fransada anti-rasizm aksiyaları son günlər Adama Traure adlı bir gəncin qanının intiqamının tələb olunması aksiyalarına çevrilibdir. O, 2016-cı ildə Paris ətrafında polis tərəfindən kobud şəkildə həbs olunduqdan sonra təcridxanada can veribdir.