BMT ABŞ polisi strukturunda təcili islahatlara təkid edib
BMT-nin “Rasizmin aradan götürülməsi komitəsi” dünən ABŞ hökumətindən istəyibdir ki, polis sistemindən struktur şəkildə irqçiliyin aradan götürülməsi üçün təcili islahatlar aparsın.
SaharAzeri xəbrə verir, Bu komitə bir açıqlamada ABŞ hökumətindən, bu ölkənin hökumət və yerli rəsmilərindən istəyibdir ki, irqi stimulla törədilən cinayətlərin qurbanlarının hüquqlarına əsasən, cinayət məhkəməsi sistemi və polisdə struktur ayrı-seçkilik və ya qeyri-bərabər irqi hərəkətlərin aradan qaldırılması üçün təcili və münasib islahatlar aparsın.
Bundan öncə BMT-nin insan haqları üzrə baş komissarı Mişel Baçelet Amerikadakı rasizmi struktur rasizm adlandırmış və onu pisləmişdi. Həmçinin bu ölkə boyu keçirilən aksiyaları işıqlandırmaqda olan müxbir və jurnalistlərə qarşı misli görünməmiş hücum barədə xəbərdarlıq edibdir.
Baçelet deyib: Silahsız afroamerikalıların qətlinə son qoyulmasını tələb edən səslər dinlənilməlidir. Həmçinin Amerika cəmiyyətini məhv edən sistemli irqçiliyə son qoyulmasını tələb edən səslər də eşidilməlidir.
Amerikanın müxtəlif şəhər və ştatları Floydun qətlindən sonra iki həftədən çoxdur ki, rasizmə qarşı etirazlar səhnəsidir. Polis etirazçıları yatırmaq üçün birbaşa atəş açmaq və avtomobillə şəxsləri basmaq kimi qeyri-insani və qeyri-əxlaqi üsullara əl atıbdır.