ABŞ-ın borcu 26 trilyon dolları keçdi
https://azeri.sahartv.ir/news/dünya-i363099-abŞ_ın_borcu_26_trilyon_dolları_keçdi
Tarixdə ilk dəfə ABŞ-ın dövlət borcu hökumətin koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq səyləri ilə əlaqədar olaraq 26 trilyon dolları keçib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 13, 2020 04:49 Asia/Baku
  • ABŞ-ın borcu 26 trilyon dolları keçdi

Tarixdə ilk dəfə ABŞ-ın dövlət borcu hökumətin koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq səyləri ilə əlaqədar olaraq 26 trilyon dolları keçib.

SaharAzeri xəbər verir,ABŞ-ın Maliyyə Nazirliyindən bildirilib ki, may ayının 5-dən etibarən dövlət borcu 1 trilyon dollar artıb. Aprelin 7-də borc 24 trilyon təşkil edib. Donald Tramp Ağ Evə rəhbərlik etdiyi andan bəri dövlət borcu 6 trilyon dollar artıb.

Bundan bir qədər əvvəl dövlət büdcəsində böyük kəsirin əmələ gəlməsi barədə də məlumat yayılmışdı. Belə ki, ötən 8 ayda Birləşmiş Ştatlarda büdcə kəsiri nə az nə çox 1,9 trilyon dollara çatıb.

 Beynəlxalq mediaların məlumatına əsasən, sonuncu dəfə 2009-cu ildə büdcə kəsiri 1 il üçün bu qədər böyük olmuşdu. Təkcə may ayında ABŞ-ın büdcə kəsiri 399 milyard dollara çatıb.

Xatırladaq ki, martın ortalarından başlayaraq ABŞ-ın əksər müəssisələri koronavirusa görə çalışmır. Bu fonda ölkənin Ümumi Daxili Məhsul istehsalı ilin ilk 3 ayında 5% azalıb.