ABŞ-da bir günə 19 mindən çox yoluxma aşkar edilib
https://azeri.sahartv.ir/news/dünya-i363227-abŞ_da_bir_günə_19_mindən_çox_yoluxma_aşkar_edilib
ABŞ-da son sutkada 19 532 nəfərdə yeni növ koronavirus aşkar edilib, 296 nəfər COVID-19 pandemiyasının qurbanı olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2020 13:21 Asia/Baku
  • ABŞ-da bir günə 19 mindən çox yoluxma aşkar edilib

ABŞ-da son sutkada 19 532 nəfərdə yeni növ koronavirus aşkar edilib, 296 nəfər COVID-19 pandemiyasının qurbanı olub.

SəhərAzəri - “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetdən verilən məlumata görə, ölkədə yoluxma hallarının ümumi sayı 2 094 069-dur. Toplamda 115 732 nəfər virusdan ölüb. 561 816 nəfər virusdan sağalıb.

Universitetin son məlumatına görə, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 7 936 874 nəfərdir. Virus dünyada 434 minə yaxın insanın ölümünə səbəb olub, 3,79 milyondan çox insan xəstəlikdən sağalıb.