Amerikada koronavirusun 2-ci dalğası qarşıdadır
Amerikada Allergiya və İnfeksion Xəstəliklər üzrə Milli Müəssisənin direktoru deyib ki, koronavirusun yeni epidemiyası qış fəslinin gəlməsilə qaçılmaz olacaqdır.
SəhərAzəri xəbər verir, İndipendent qəzetinin məlumatına görə, Amerikada Allergiya və İnfeksion Xəstəliklər üzrə Milli Müəssisənin direktoru Antoni Faoçi “Görən, qış fəslində koronavirus pandemiyasının yeni dalğasının şahidi olacağıqmı?” sualının cavabında bildiribdir ki, bu virusun yenidən qayıtması təqribən qətidir, zira koronavirus olduqca yoluxucudur və bütün dünyada yayılıbdır.
Faoçi deyib ki, hal-hazırda xəstəliyin yayılması cəhətdən Amerikada bir az stabillik yaranıb. O, sonra deyib: Koronavirus yer üzündən silinməyəcək və yeni fəsillərin gəlməsi ilə virusun qayıdışı qaçılmaz olacaqdır.
ABŞ hazırda koronavirusa yoluxan və virusdan ölənlərin sayına görə dünya ölkələrinin önündə gedir.
Amerikada bugünədək koronavirusa yoluxma nəticəsində 117 min 884 nəfər həyatını itirib. Bu ölkədə həmin virusa yoluxanların ümumi sayı iki milyon 166 min 531 nəfərdir.