Britaniyada iki nazirlik birləşdirilir
İyun 16, 2020 19:45 Asia/Baku
Böyük Britaniyanın Baş Naziri Boris Conson yeni hökumət şöbəsi yaradır.
SaharAzeri APA-nın yerli bürosunun “Sky News”a istinadən verdiyi xəbərə görə, B. Conson Xarici İşlər Nazirliyi və Beynəlxalq İnkişaf Nazirliyini yeni bir şöbədə birləşdirəcək.
Baş Nazir bu barədə bu gün Aşağı Palatada "Qlobal Britaniya" mövzusunda çıxışı zamanı ağıllı dəyişikliklər edərək, güclü rəqabət dünyasında Britaniyanın mövqeyini möhkəmləndirməyin əhəmiyyətinə toxunub.
Yeni şöbə sentyabr ayından etibarən öz fəaliyyətinə başlayacaq və onun Xarici İşlər Naziri Dominik Raab tərəfindən idarə edilməsi gözlənilir.