Fransada tibb işçilərinin etiraz aksiyasında iğtişaş baş verib
https://azeri.sahartv.ir/news/dünya-i363296-fransada_tibb_işçilərinin_etiraz_aksiyasında_iğtişaş_baş_verib
Fransanın paytaxtı Parisdə tibb işçilərinin etiraz aksiyası keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2020 16:41 Asia/Baku
  • Fransada tibb işçilərinin etiraz aksiyasında iğtişaş baş verib

Fransanın paytaxtı Parisdə tibb işçilərinin etiraz aksiyası keçirilir.

SaharAzeri Trend-ə istinadla xəbər verir, aksiya iştirakçıları Səhiyyə Nazirliyinin binasına doğru yürüş edir.

Tibb işçiləri Fransa hökumətindən koronavirus pandemiyası ilə əlaqədar əməkhaqlarının və iş şəraitinin yaxşılaşdırılmasını tələb edir.

Aksiya zamanı polislə bir qrup etirazçı arasında iğtişaş yaşanıb. Etirazçıların daş atdıqları deyilir.

Digər təfərrüatlar barədə hələlik məlumat verilməyib.