İyun 17, 2020 03:07 Asia/Baku
  • Braziliyada son sutkada rekord sayda yoluxma qeydə alınıb

Braziliyada son 24 saat ərzində COVID-19 infeksiyasına 34 918 yeni yoluxma halı aşkarlanıb. Bu, ölkədə koronavirusa rekord sutkalıq yoluxmadır.

SəhərAzəri - “Report” “TASS”a istinadla xəbər verir ki, ötən sutka ərzində Braziliyada daha 1 282 nəfər COVID-19 xəstəliyindən həyatını itirib.

Bununla da ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 923 189 nəfərə çatıb, pandemiya 45 224 xəstənin ölümünə səbəb olub.

Müalicə alan 441 729 pasiyent sağalıb. 

Teqlər