İyun 19, 2020 17:11 Asia/Baku
  • Koronavirus peyvəndi haqda ÜST-ün proqnozu

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus peyvəndinin kəşfi və istehsalı zamanını elan edib.

SaharAzeri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatının baş ekspertlərinin proqnozlarına əsasən, ehtimal üzrə 2020-ci il bitməzdən öncə bir və ya iki COVID-19 vaksinası uğurla kəşf ediləcək.

Bu məlumata görə, COVID-19 xəstəliyi üçün azı 200 növ vaksina kəşfiyyat mərhələsindədir; onlardan təqribən on növü insan üzərində sınaq etapına daxil olub; onun Çin istehsalı olan üç növü tezliklə kliniki sınağın üçüncü etapına daxil olacaq.

Çin bir neçə seçim peyvəndinə malikdir ki, onların kliniki sınaqlarının nəticələri birinci və ikinci etaplarda yaxşı və ümidvericidir.

Yeni statistikalar göstərir ki, bütün dünyada 8 milyon 473 min nəfər koronavirusa yoluxub və 452 min nəfərdən çox xəstə vəfat edibdir.

Teqlər