Kristin Laqard: "Aİ iqtisadiyyatı kəskin tənəzzülə uğramaqdadır"
https://azeri.sahartv.ir/news/dünya-i363448-kristin_laqard_aİ_iqtisadiyyatı_kəskin_tənəzzülə_uğramaqdadır
Avropa İttifaqının (Aİ) iqtisadiyyatı kəskin tənəzzülə uğramaqdadır. Bu ilin II rübündə Aİ regionunda ÜDM istehsalı illik ifadədə 13%-dən çox azala bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2020 17:22 Asia/Baku
  • Kristin Laqard:

Avropa İttifaqının (Aİ) iqtisadiyyatı kəskin tənəzzülə uğramaqdadır. Bu ilin II rübündə Aİ regionunda ÜDM istehsalı illik ifadədə 13%-dən çox azala bilər.

SaharAzeri "APA-Economics"in "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard Aİ-nin onlayn sammitində çıxış edərkən deyib.

O, Aİ iqtisadiyyatında gözlənilən kəskin, dramatik tənəzzülün gözlədiyini bildirib. 2020-ci ildə isə bu göstərici 8,7% təşkil edəcək.

"İqtisadi böhran hələ tam təzahür etməyib, xüsusən də onun əmək bazarına təsiri hələ formalaşmayıb. Bu il işsizlik 10%-ə çata bilər", - deyə K. Laqard bildirilib.

O, həmçinin, ölkə liderlərini iqtisadiyyatı yaxşılaşdırmaq üçün Avropa Komissiyası tərəfindən 750 mlrd. avro dəyərində təklif olunan iqtisadi bərpa fondunu razılaşdırmağa çağırıb.