İyun 20, 2020 08:09 Asia/Baku
  • Amerikanın adı BMT-nin anti-rasizm qətnaməsindən silinib

BMT-nin insan haqları orqanı ABŞ-ın təzyiqi və bu ölkənin adının götürülməsindən sonra anti-rasizm qətnamə qəbul edib.

SəhərAzəri xəbər verir, BMT-nin insan haqları şurası cümə günü bu qətnamənin ilkin mətnini dəyişəndən sonra və Amerikanın adını gətirmədən polis vəhşiliyini və mütəşəkkil rasizmi pisləyibdir.

Dünyada polisin rasist zorakılığı mərkəzi kimi Amerikanın adına şamil olacaq bu qətnamə layihəsini İran İslam Respublikasının dəstəyi ilə Afrika ölkələri təqdim etmişdilər.

BMT-nin insan haqları komissarı Mişel Baçelet çərşənbə axşamı günü Cenevrədə təşkil olunan iclasda afroamerikalı Corc Floydun ABŞ polisi tərəfindən qətlə yetirilməsini mütəşəkkil irqçiliyin bariz nümunəsi adlandırdı və rəsmi üzrxahlıq, reallıqların bəyan edilməsi və əsrlər boyu edilmiş zorakılıq və ayrı-seçkiliyin kompensasiyasının ödənilməsini istəmişdi.

Amerikanın və Avropa ölkələrinin müxtəlif şəhərləri üç həftədən çoxdur ki, rasizmə qarşı aksiyalar səhnəsidir.

 

Teqlər