Rusiyada koronavirusdan ölənlərin sayı 8 mini ötdü
https://azeri.sahartv.ir/news/dünya-i363477-rusiyada_koronavirusdan_ölənlərin_sayı_8_mini_ötdü
Rusiyada son sutkada daha 7 889 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2020 08:42 Asia/Baku
  • Rusiyada koronavirusdan ölənlərin sayı 8 mini ötdü

Rusiyada son sutkada daha 7 889 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

SəhərAzəri - “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 576 952 nəfərə çatıb.

Son sutka ərzində koronavirusdan ölənlərin sayı isə 161 nəfər olub. Bununla da infeksiya qurbanlarının sayı 8 002-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 334 592 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.