İyun 20, 2020 23:25 Asia/Baku
  • ÜST: Son sutkada dünyada koronavirusa 138 min yoluxma aşkarlanıb

Dünyada koronavirusa yoluxanların sayı 8,5 milyon nəfəri ötüb.

SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, son sutkada dünyada koronavirusa 138 mindən çox yoluxma aşkar edilib.

Təşkilat qeyd edib ki, ötən gün dünyada daha 6 271 nəfər COVID-19-dan ölüb. Koronavirusdan ölmüş pasiyentlərin ümumi sayı 456 973 nəfər təşkil edir. Təhlükəli virusun aşkarlandığı 213 ölkə və bölgədə COVID-19-a 8 525 042 nəfər yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Teqlər