Ağ Ev Boltonun kitabının yayılmasının nəticələrindən nigarandır
Ağ Ev-in sözçüsü iddia edib ki, ABŞ-ın sabiq milli təhlükəsizlik müşavirinin kitabı informasiya mənbələrinin itirilməsinə və xarici təhdidlərin fəallaşmasına səbəb olacaq.
SəhərAzəri xəbər verir, Ağ Ev-in sözçüsü Kayli Mak Enani Con Boltonun kitabı barədə deyib ki, bu kitabda qeyd olunan mətləblər nigarançılıq doğurur.
Enani sonra deyib: Con Boltonun kitabındakı informasiyalar Amerikanın yüksək vəzifə və rütbəli kəşfiyyat və milli təhlükəsizlik rəsmilərinin də təsdiq etdikləri kimi gizlidir.
Con Boltonun kitabı Ukraynadakı hərəkətləri ilə bağlı ABŞ prezidenti Donald Trampa qarşı, həmçinin Kiyevin 2020-ci il noyabr prezident seçkilərində demokratların əsas namizədi Co Bayden əleyhinə təhqiqat aparmayacağı halda, bu ölkəyə maliyyə yardımının dayandırılması barədə mühüm informasiyalara şamil olur.
Boltonun xatirələri kitabının naşiri «Simon və Şuster» şirkəti son zamanlar kitabın səhifələrinin üzünü Amerika boyu yerləşən digər nəşriyyatlara göndərib və onlar kitabın rəsmi nəşrini gözləyirlər.
Con Boltonun «Hadisənin baş verdiyi otaq» adlı kitabı çərşənbə axşamı günü iyunun 23-də çapdan çıxacaqdır.