İyun 23, 2020 12:49 Asia/Baku
  • 46 milyon amerikalı işsizdir

Amerikanın Vermont ştatından olan senator Berni Senders tvitter-də koronavirus epidemiyasından sonra Amerika xalqının şəraitinin daha da pisləşməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Tvitter-də 46 milyon amerikalının işsiz olmasına da toxunan Senders yazıbdır ki, amerikalı ailələr koronavirus epidemiyası dövründə öz sərvətindən 6,5 trilyon dollar itiribdir.

Beni Senders bundan əvvəl də tvitter-də Tramp hökumətini tənqid etmiş və bildirmişdi ki, koronavirus böhranı nəticəsində işini itirmiş Amerika xalqından on milyonlarla nəfər yoxsulluq və aclıq astanasındadır.

Koronavirus epidemiyasından bəri Amerikada minlərlə şirkət və zavod bağlanıbdır.

Proqnoz edilir ki, Amerikada işsizlik səviyyəsi minimum 16%-ə çatacaq. Bu miqdarda işsizlik, 2-ci dünya müharibəsindən sonra yaranmış geniş durğunluqdan bəri ən yüksək göstəricidir.

Amerika hazırda koronavirusa yoluxma və bu virusdan ölmə halları baxımından dünya ölkələrinin önündə addımlayır.

 

Teqlər