ABŞ Suriyadakı "terror hücumlarını" qınadı
ABŞ Dövlət Departamenti 2011-ci ildə Suriya böhranının başlamasından bəri görünməmiş bir hərəkətlə Suriyadakı terror hücumlarını qınadı və Təl Hələf terror hücumunda və Eyn Əl-Ərəb-ə (Kobani) qarşı hava hücumlarında həlak olan mülki şəxslərin ailələrinə başsağlığı verib.
SəhərAzəri İSNA-ya istinadla xəbər verir, ABŞ Dövlət Departamenti başsağlığı verərkən bütün tərəfləri Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriya münaqişəsinin siyasi həllinə və davamlı bir həll yoluna çalışmağa çağırıb.
ABŞ Dövlət Departamentinin bu mövqeini Departamentin sözçüsü Morgan Ortagos şəxsi "Twitter" səhifəsində qeyd edib.
Suriyanın "Al-Vətən" qəzeti çərşənbə axşamı günü Rəs Əl-Eyn şəhəri yaxınlığında yerləşən Təl Hələf şəhərciyində bir avtomobilin partladılması nəticəsində üç mülki şəxsin öldüyünü, daha üç nəfərin yaralandığını xəbər vermişdi.
Bundan sonra Türkiyə Müdafiə Nazirliyi qəsəbədəki terror hücumunda 5 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığını bildirib, hadisə ilə bağlı Kürdüstan İşçi Partiyası(P.K.K) və Kürd Muxtar Hökumətini günahlandırdı.