Merkel ABŞ-ın bundan sonrakı dünya liderliyinə şübhə edir
İyun 27, 2020 14:06 Asia/Baku
Almaniya Kansleri Angela Merkel Avropa ölkələrini ABŞ-ın lideri rolununu itirməsi fonunda özlərinin rolları haqqında düşünməyə çağırıb.
SəhərAzəri xəbər verir, Xanım Merkel Britaniyanın “The Guardian” qəzetinə verdiyi müsahibədə Avropa ölkələrinin hərbi vəziyyət də daxil olmaqla yeni şərtlərə və çağırışlara ciddi hazırlaşmalı olduqlarını xüsusi vurğulayıb və deyib: “Biz ABŞ-ın dünya gücü olmaq istəyi ilə bağlı biliklərlə böyümüşük. Əgər ABŞ öz istəyi ilə bu rolu icra etməkdən imtina edirsə, biz gərək bunun haqqında ciddi düşünək”.
Bu baxımdan, Merkel, NATO-nun Avropa ölkələrini qorumaq üçün Almaniyanın hərbi imkanlarını inkişaf etdirəcəyinə söz verib.