İyun 28, 2020 19:16 Asia/Baku
  • Fransada sionist rejimə qarşı aksiya keçirilib

Minlərlə fransalı sionist rejiminin İordan çayinin qərb sahilinin bir hissəsini işğal olunmuş ərazilərə ilhaq etmək qərarına etiraz olaraq, paytaxt Paris və digər şəhərlərdə aksiya keçirib.

SaharAzeri xəbər verir, "Gənc Reportyorlar Klubu"nun məlumatına görə, fransalı etirazçılar dünən keçirilən bu aksiyada "Yaşasın Fələstin", "İsraili baykot edin" və "Fələstin azad olunacaq" şüarları səsləndirərək, beynəlxalq ictimaiyyəti sionist rejimə qarşı sanksiya tətbiq etməyə çağırıblar.

Bu aksiya Fransanın vətəndaş cəmiyyətlərinin təşkilatçılığı ilə keçirilib.

50-dən çox fransalı yəhudi şəxsiyyət və təşkilat da bir bəyanat yayaraq, bu planın dayandırılmasına çağırıblar.

Sionist rejimin Baş naziri Benyamin Netanyahu son vaxtlar İordan çayının qərb sahilinin bir hissəsinin işğal olunmuş ərazilərə ilhaq edilməsi planının yaxın aylarda reallaşacağını elan edib.

Bu məsələ "əsrin sövdələşməsi" irqçi layihəsinin bəndlərindəndir.

"Əsrin sövdələşməsi" planı ABŞ hökuməti tərəfindən Fələstin xalqının hüquqlarının tapdalanması məqsədilə irəli sürülən yeni bir plandır.

Teqlər