Rusiyada koronavirusa yoluxanların sayı 640 mini ötüb
https://azeri.sahartv.ir/news/dünya-i363889-rusiyada_koronavirusa_yoluxanların_sayı_640_mini_ötüb
Rusiyada son sutka ərzində daha 6 719 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2020 07:10 Asia/Baku
  • Rusiyada koronavirusa yoluxanların sayı 640 mini ötüb

Rusiyada son sutka ərzində daha 6 719 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

SəhərAzəri - APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 641 156 nəfərə çatıb.

Son sutka ərzində 93 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 9 166 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 403 430 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.