İyun 30, 2020 09:16 Asia/Baku
  • Tramp respublikaçılar partiyasındakı müxaliflərini axmaq adlandırıb

ABŞ prezidenti respublikaçılar partiyasındakı müxaliflərinə hücum edib və onları axmaq adlandırıbdır.

SəhərAzəri xəbər verir, Donald Tramp tvitter-də iddia edib ki, respublikaçılar partiyasındakı reytinqi 95 faizdir. O, yazıb: Yerdə qalan beş faiz, ya adda respublikaçıdır, ya da ki, onun gördüyü işləri gözləri götürməyən axmaqlardır.

Tramp iddia edir ki, respublikaçılar partiyasındakı reytinqi yüksəkdir. Amerikadakı yeni rəy sorğuları isə göstərir ki, onun bu ölkədəki reytinqi aşağı düşüb və respondentlər onun seçki rəqibi, demokrat Co Baydenə təmayül göstərirlər.

PBS, NPR və Morist-in yeni rəy sorğusunun nəticələri ondan xəbər verir ki, Trampın reytinqi, 40 faizdir, ondan narazılıq isə 58 faizə yüksəlibdir ki, bu da bir rekord hesab olunur.

Trampın təzadlı siyasətləri, əxlaq pozuntusu, gözlənilməz hərəkətləri və Amerikanın respublikaçı prezidentinin qeyri-düzgün idarəçiliyi ona gətirib çıxarıbdır ki, bu ölkənin xalqı və siyasətçiləri onu Amerika prezidentliyinə layiq bilməsinlər.

Teqlər