Çində son sutkada koronavirusa daha 9 yoluxma faktı aşkarlanıb
https://azeri.sahartv.ir/news/dünya-i364060-Çində_son_sutkada_koronavirusa_daha_9_yoluxma_faktı_aşkarlanıb
Çində ötən sutka ərzində 9 nəfərdə koronavirusa yeni yoluxma faktı qeydə alınıb, onlardan 5-də virusun aktiv forması aşkarlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2020 03:01 Asia/Baku
  • Çində son sutkada koronavirusa daha 9 yoluxma faktı aşkarlanıb

Çində ötən sutka ərzində 9 nəfərdə koronavirusa yeni yoluxma faktı qeydə alınıb, onlardan 5-də virusun aktiv forması aşkarlanıb.

SaharAzeri Trend-ə istinadla xəbər verir, aktiv formada aşkarlanan yeni yoluxma hallarından üçü xaricdən gələn vətəndaşlarda, ikisi isə ölkə daxilində - Pekin şəhərində qeydə alınıb.

Simptomsuz 4 koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 542 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.