Rusiyada daha 176 nəfər koronavirusdan ölüb
İyul 03, 2020 12:10 Asia/Baku
Rusiyada koronavirusa yoluxanların sayı 667 min nəfəri keçib.
SaharAzeri Trend-ə istinadla xəbər verir, ölkədə son sutka ərzində 6 718 nəfər virusa yoluxub, 176 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 667 883 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 9 859 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 437 893 nəfər virusdan sağalıb, 220 131 nəfərin müalicəsi isə davam edir.