İyul 03, 2020 12:39 Asia/Baku
  • Fransanın baş naziri istefa verib

Fransanın baş naziri öz vəzifəsindən istefa verib.

SaharAzeri xəbər verir, Fransa prezident aparatı bildirib ki, Fransanın baş naziri Edvar Filipp bu gün səhər öz istefa ərizəsini bu ölkənin prezidenti Emmanuel Makrona verib və Makron da onu qəbul edibdir.

Fransa prezident aparatının açıqlamasında bildirilir ki, ölkənin işlərinə baxılması yeni hökumətin yaradılmasınadək hazırkı hökumət üzvləri ilə davam edəcək.

Belə bir halda, Yelisey sarayına yaxın mənbələr deyiblər ki, qərar üzrə Fransa hökumətinin tərkibində əsaslı dəyişikliklər aparılmalıdır.

Hazırkı müdafiə naziri Flurens Parlinin adı Fransa baş naziri vəzifəsinə namizəd kimi hallanır.

Deyilənlərə görə, Fransa prezidenti parlament və senat sədrlərilə görüşdə onlarla hökumətdə geniş dəyişikliklər barədə söhbət edibdir.

Teqlər