Tramp və Netanyahunun hərbi cinayətlərindən şikayət
Londonda hüquqşünaslıq üzrə tanınmış bir müəllim Fələstin xalqına qarşı cinayət işlədikləri üçün ABŞ və sionist rejim başçılarından şikayət edib.
SəhərAzəri xəbər verir, «Kamen Drims» adlı amerikan portal yazıb: Londonda yerləşən «Middlesex» universitetində beynəlxalq hüquq üzrə müəllim Uilyam Şabas Beynəlxalq Ədalət Məhkəməsinə bir şikayət ərizəsi verib və «Əsrin sövdələşməsi» adlı anti-Fələstin planın baniləri barədə təhqiqatın aparılmasını istəyibdir.
Bu şikayət ərizələri ABŞ prezidenti Donald Trampa, sionist rejimin baş naziri Benyamin Netanyahuya, ABŞ-ın dövlət katibi Mayk Pompeoya və Trampın yeznəsi və müşaviri- Cared Kuşnerə qarşı irəli sürülüb.
Şabas bu şikayətlə bağlı keçirilən virtual mətbuat konfransında deyib: Sionist rejimin qərb sahilindən bəzi hissələrin ilhaqı barədəki təhdidi, Roma əsasnaməsinin maddələrinə görə, beynəlxalq cinayət sayılır.
Sionist rejim ABŞ hökumətinin himayəsilə iyulun birindən qərb sahilinin otuz faizini hökumət səviyyəsində işğal etmək niyyətində idi. Amma dünya ictimaiyyətinin, BMT-nin və əksər Avropa ölkələrinin müxalifət və təzyiqləri ilə bu planı təxirə saldı.
Qərb sahilindən bəzi hissələrin sionist rejimin işğalı altında olan ərazilərə ilhaqı planı Amerikanın «Əsrin sövdələşməsi» adlı anti-Fələstin və biabırçı planının bir hissəsidir və buna görə, fələstinli məsul şəxslər və qruplar Amerika və sionist rejimlə həmkarlığı kəsiblər.