ABŞ-da hazırkı vəziyyətdən narazılıq səviyyəsi 90 faizə yüksəlib
https://azeri.sahartv.ir/news/dünya-i364111-abŞ_da_hazırkı_vəziyyətdən_narazılıq_səviyyəsi_90_faizə_yüksəlib
ABŞ-da aparılan bir rəy sorğusunun nəticələrinə əsasən, bu ölkə vətəndaşlarının 90 faizi hazırkı vəziyyətdən narazıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2020 04:44 Asia/Baku
  • ABŞ-da hazırkı vəziyyətdən narazılıq səviyyəsi 90 faizə yüksəlib

ABŞ-da aparılan bir rəy sorğusunun nəticələrinə əsasən, bu ölkə vətəndaşlarının 90 faizi hazırkı vəziyyətdən narazıdırlar.

SəhərAzəri xəbər verir, Pyu adlı araşdırma institutunun apardığı rəy sorğusuna əsasən, ABŞ vətəndaşlarının 87 faizi bu ölkənin hazırkı durumundan narazıdırlar.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın Partiyası olan Respublikaçılar arasında bu ölkənin hazırkı vəziyyətindən ümumi razılıq səviyyəsi kəskin şəkildə enərək, 19 faizə çatıb.

Demokratlar arasında da ABŞ-ın hazırkı vəziyyətindən razılıq səviyyəsi aşağıya doğru gedərək, 7 faizə çatıb.

ABŞ prezidenti Donald Trampın təzadlı siyasətləri, gözlənilməz hərəkətləri və müxtəlif böhranların, o cümlədən koronavirus böhranının idarə olunmasında səriştəsizliyi onun reytinqinin aşağı düşməsinə səbəb olub.