Trampın seçki kampaniyasındakı müşavirində koronavirus aşkarlandı
İyul 04, 2020 09:28 Asia/Baku
ABŞ prezidenti Donald Trampın seçkiöncəsi kampaniyasındakı müşaviri və dövlət başçısının oğlu Donald Trampın (kiçik) sevgilisi Kimberli Qilfoylda koronavirus infeksiyası aşkarlanıb.
SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə mənbələrə istinadən “New York Times” qəzeti bildirib.
Qeyd edilir ki, Trampın seçkiqabağı kampaniyasında vəsait yığımı üçün məsul olan Qilfoylun koronavirus testinin nəticəsi cümə günü açıqlanıb. Virus testinin nəticəsi müsbət olub. O, bir həftə öncə Talsedə prezidentin qapalı stadionda keçirilən mitinqində iştirak edib.
NBC telekanalının məlumatına görə, Trampın oğlunun COVID-19 testinin nəticəsi mənfi olub.