İyul 04, 2020 11:03 Asia/Baku
  • Rusiya-Qazaxıstan sərhədində yüzlərlə Özbəkistan vətəndaşı toplanıb

Rusiya-Qazaxıstan sərhədində bir neçə sərhəd-keçid məntəqəsində yüzlərlə Özbəkistan vətəndaşı toplanıb.

SəhərAzəri Trend-ə istinadla xəbər verir, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin operativ qərargahı bildirib.

Qeyd olunur ki, onlar koronavirus pandemiyası fonunda öz evlərinə qayıda bilmələri üçün Qazaxıstan ərazisindən dəhliz açılmasını tələb edir.

Həmin şəxslər Rusiyanın müxtəlif şəhərlərindən Orenburq və Saratov vilayətlərində sərhəd-keçid məntəqələrinə gəlib.

Özbəkistan XİN bildirib ki, bununla əlaqədar bu günədək 1 500-dən çox özbəkistanlının avtobuslarla qayıdışı təmin olunub. Yeni reyslərin təşkil edilməsi planlaşdırılır.

Teqlər

Şərhlər