İyul 04, 2020 12:39 Asia/Baku
  • Tramp irqçilik və quldarlıq simvollarına hücum edənləri hədələyib

ABŞ prezidenti irqçilik və quldarlıq simvolları kimi tanınan heykəlləri və xatirə abidələrini dağıdanları ən azı 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hədələyib.

SəhərAzəri xəbər veriri, ABŞ prezidenti Donald Tramp Cənubi Dakota ştatında Amerikanın müstəqillik günü münasibətilə etdiyi çıxışında, Vaşinqton şəhərində Endrü Ceksonun heykəlinə hücumda şübhəli bilinənlərin və onların liderlərinin həbs edildiyini bildirib və qeyd edib ki, bu yaxınlarda imzaladığı sərəncama və digər qanunlara əsasən, bu simvolları dağıdanları on il müddətinə həbs cəzası gözləyir".

Tramp bu sözləri elə bir halda irəli sürür ki, yüzlərlə etirazçı Cənubi Dakota ştatında yerləşən Raşmor dağının kənarında Trampın çıxış etdiyi məkana gedən yolu bağlayıblar.

Afroamerikan Corc Floydun öldürülməsindən sonra, irqçiliyə qarşı etirazların genişlənməsi fonunda, etirazçılar öz aksiyalarında ABŞ-dakı irqçilik və quldarlıq simvolu sayılan heykəllərə və xatirə abidələrinə hücum ediblər.

Nümayişçilər Oreqon ştatının Portlend şəhərində ABŞ-ın təsisçilərindən və ilk prezidenti olan Corc Vaşinqtonun, həmçinin bu ölkənin üçüncü prezidenti Tomas Ceffersonun və Amerika qitəsini kəşf edən Xristofer Kolumbun heykəllərini dağıdıblar.

Teqlər

Şərhlər