İyul 05, 2020 07:25 Asia/Baku
  • Amerikada anti-rasist aksiyalara qarşı zorakılıqlar davam edir

Amerikanın Sietl şəhərində irqçiliyə etiraz edənlərin arasından keçən bir şəxsi avtomobil iki nəfəri basaraq, aradan çıxıbdır.

SəhərAzəri xəbər verir, Amerikanın Vaşinqton ştatının Sietl şəhərində irqçiliyə etiraz edənlərin bir avtomagistralı bağladıqları bir halda, bir avtomobil iki aksiya iştirakçısının üzərindən keçibdir.

Hər ikisi qadən olan bu iki aksiyaçı ağır şəkildə yaralanıb. Onlardan birinin vəziyyəti son dərəcə ağırdır.

Vaşinqton ştatının rəsmiləri bildiriblər ki, hadisəni törədən şəxsin məqsədi barədə təhqiqat aparılır.

Amerikalı etirazçılar təqribən iki həftə bundan öncə Sietl şəhərinin bəzi hissələrini ələ keçirmiş və onu muxtar bölgə elan etmişdilər.

Sietl polisi də indiyədək 31 etirazçını həbs edibdir.

Polisin Minnesota ştatının Minneapolis şəhərindəki zorakı hərəkəti nəticəsində qaradərili Amerika vətəndaşı Corc Floydun qətlə yetirilməsilə son günlər ərzində bu ölkənin müxtəlif nöqtələrində anti-rasist aksiyaların keçirilməsi davam edir.

ABŞ prezidenti Donald Tramp bundan öncə Sietl şəhərində muxtar bölgənin yaradılmasına reaksiyada bildirmişdi ki, bu bölgəyə hərbi qüvvələr göndərəcəkdir.

Teqlər