Avstraliyada minlərlə nəfər irqçiliyə etiraz edib
Avstraliya hökuməti koronavirus epidemiyasından nigaran olduğuna görə, bu ölkədə anti-rasist aksiyaların ləğv edilməsini istəyibdir.
SəhərAzəri xəbər veriri, bu aksiyaların təşkilatçılarından olan Boqain Spirim(Bogain Spearim) deyib: Bu etirazlar ABŞ polisi tərəfindən bu ölkənin qaradərili vətəndaşı Corc Floydun qətlə yetirilməsindən sonra keçirilən ümumdünya etiraz aksiyalarının davamı olaraq, Avstraliyanın Brisben, Darvin və Pert şəhərlərində təşkil edilibdir.
Brisben şəhərində keçirilən nümayişin təşkilatçısı olan Spirim sonra belə söyləyib: İndiyədək heç bir polis zabiti və ya zindan gözətçisi qətl üstündə mühakimə olunaraq, həbsxanaya köçürülməyibdir. Buna görə, biz ədalətin icrası üçün buradayıq.
Amerikanın qaradərili vətəndaşı Corc Floydun qətlə yetirilməsinin ardınca bu ölkənin müxtəlif şəhərlərində və bütün dünyada irqçiliyə qarşı geniş aksiyalar başlanıb və davam etməkdədir.