Tramp Çikaqo və Nyu-Yorkdakı yüksək cinayət göstəricilərini tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i364203-tramp_Çikaqo_və_nyu_yorkdakı_yüksək_cinayət_göstəricilərini_tənqid_edib
Amerika prezidenti prezident seçkilərinin yaxınlaşması ilə bir zamanda Çikaqo və Nyu-York şəhərlərindəki demokrat rəsmilərin fəaliyyətlərini tənqid edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2020 04:36 Asia/Baku
  • Tramp Çikaqo və Nyu-Yorkdakı yüksək cinayət göstəricilərini tənqid edib

Amerika prezidenti prezident seçkilərinin yaxınlaşması ilə bir zamanda Çikaqo və Nyu-York şəhərlərindəki demokrat rəsmilərin fəaliyyətlərini tənqid edibdir.

SəhərAzəri xəbər verir, Donald Tramp öz şəxsi tvitter səhifəsində yazıb: Demokratlar istəyirlər ki, polisin büdcəsi azalsın və qüvvələri yığışdırılsın, halbuki onların idarə etdikləri şəhərlərdə cinayət halları baş alıb gedir.

Bu tvittin davamında deyilir ki, Çikaqo və Nyu-Yorkda cinayət halları yüksəkdir.

Trampın yazdığına görə, Nyu-York şəhərindəki atışmalar da nəzərəçarpacaq dərəcədə artıbdır və əhali Nyu-Yorkun qubernatoru Andro Kuomadan və bu şəhərin meri Bill de Blasiodan bir iş görmələrini istəyibdir.