Londonda səudların Yəməndəki cinayətlərinə qarşı aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i364212-londonda_səudların_yəməndəki_cinayətlərinə_qarşı_aksiya_keçirilib
Londonun mərkəzində keçirilən nümayişin iştirakçıları səudların Yəmən xalqına qarşı cinayətlərini və İngiltərənin bu cinayətdəki rolunu pisləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2020 09:36 Asia/Baku
  • Londonda səudların Yəməndəki cinayətlərinə qarşı aksiya keçirilib

Londonun mərkəzində keçirilən nümayişin iştirakçıları səudların Yəmən xalqına qarşı cinayətlərini və İngiltərənin bu cinayətdəki rolunu pisləyiblər.

SəhərAzəri xəbər verir, Yüzlərlə etirazçı Ərəbistanın Londonun mərkəzində yerləşən səfirliyi qarşısına toplaşaraq, Yəmən xalqına dəstək istiqamətində səud koalisiyasının cinayətlərinə, həmçinin bu Qərbi Asiya ölkəsinin mühasirəsinə son qoyulmasını istəyibdir.

Etirazçılar İngiltərənin və digər ölkələrin Ali-Səud rejiminin cinayətlərinə dəstək sahəsindəki rollarına işarə edib, «Daha yetər!» və «Yəməni xilas edin!» şüarları veriblər.

Aksiyaçılar əllərində, üzərlərində Yəmən xalqına dəstək və səudların bu ölkədəki cinayətlərinə qarşı şüarlar yazılmış plakatlar tutublar.