İyul 07, 2020 11:41 Asia/Baku
  • Əfqanıstanda partlayış törədilib, 3 nəfər ölüb, 5 polis yaralanıb

Əfqanıstanda terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

SəhərAzəri - “Report” “1TV News” telekanalına istinadən xəbər verir ki, bunu Nanqahar əyaləti başçısının nümayəndəsi Attaullah Xoqiani bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı ölüb, 5 polis yaralanıb.

Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

Teqlər