Boris Conson və Angela Merkel ilhaq planı haqda narahatlıq ifadə ediblər
Britaniyanın baş naziri və Almaniyanın kansleri sionist rejimin Qərb sahilini işğal olunmuş ərazilərə birləşdirmək planı haqda narahatlıq ifadə ediblər.
SaharAzeri xəbər verir, İRNA-nın məlumatına görə, Britaniyanın baş naziri Boris Conson və Almaniyanın kansleri Angela Merkel telefon danışığı zamanı Qərbi Asiya regionunun olaylarını araşdıraraq, sionist rejimin Qərb sahilinin bir hissəsini qanunsuz şəkildə işğal olunmuş ərazilərə ilhaq etmə planı barədə narahatlıq ifadə ediblər.
Conson və Merkel, həmçinin COVİD-19 infeksiyası böhranı və vaksinin hazırlanması üçün beynəlxalq əməkdaşlıqların vacibliyini müzakirə ediblər.
Fransanın xarici işlər naziri Jan İv Le Drian, Almaniyanın xarici işlər naziri Hayko Maas, Misirin xarici işlər naziri Sameh Şükri və İordaniyanın xarici işlər naziri Əymən Əl-Səfədi birgə bəyanat yayaraq, 1967-ci ildə qəbul edilmiş sərhədlərdə heç bir dəyişikliyi rəsmiyyətə tanımayacaqlarını və işğal olunmuş ərazilərə istənilən ilhaqın benəlxalq hüquqlara ziddi olduğunu bildiriblər.
Sionist rejimin baş naziri Benyamin Netanyahu cari ilin 17 may tarixində Qərb sahilindəki sionist sakinli qəsəbələri işğal olunmuş ərazilərə birləşdirməyin vaxtının gəlib çatdığını elan etmişdir.
Netanyahu bu çıxışından bir həftə sonra elan etdi ki, Qərb sahilinin ilhaqı planı heç bir dəyişiklik olmadan iyulun birində reallaşacaq, Lakin Fələstinin daxilində və beynəlxalq aləmdə müxalifətin və qınaqların kəskinləşməsi fonunda onun icrası təxirə salındı.