Misir Müsəlman Qardaşları liderinin ömürlük həbs cəzası təsdiqlənib
Misirin apelyasiya məhkəməsi "Müsəlman Qardaşlar" partiyasının lideri Məhəmməd Bədi və onun müavini Xeyrət əl-Şater üçün oxunmuş ömürlük həbs cəzasını təsdiqləyib.
SəhərAzəri İSNA-ya istinadla xəbər verir, Misirin apelyasiya məhkəməsi "Müsəlman Qardaşlar" partiyasının lideri Məhəmməd Badi və onun müavini Xeyrət əl-Şater və qrupun digər dörd üzvünün ömürlük cəzasını qüvvədə saxlayıb.
Məlumata görə, 2018-ci ilin dekabr ayında Qahirə cinayət məhkəməsi Məhəmməd Badi, Xeyrət əl-Şater, Rəşad əl-Bəyumi, Əbdül-Rəhim Muhəmməd Əbdül-Rəhim, Mahmud Əbu Zeyd və Mustafa Fəhmini "İrşad Ofisi hadisələri" adlı işdəki müdəalara görə ömürlük həbs cəzasına (25 il) məhkum etmişdi.
İrşad ofisindəki hadisələr 30 iyun 2013-cü ildə, Qahirənin şərqindəki Əl-Müqtəm bölgəsindəki Müsəlman Qardaşlar qərargahının qarşısında baş vermişdi. Həmin hadisədə təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində 9 nəfər ölüb, 91 nəfər isə yaralanmışdı.
Misirdə hərbi çevriliş və Əbdül Fəttah əs-Sisinin hakimiyyətə gəlməsindən sonra, Müsəlman Qardaşların fəaliyyəti qadağan edildi və bir çox üzvü həbs edildi.