Tramp da maska taxdı
ABŞ prezidenti səhiyyə rəsmilərinin xahişi qarşısında aylarla müxalifət və müqavimətdən sonra nəhayət qane olubdur ki, koronavirusun yayılmasının qarşısını almaq üçün maska taxmalıdır.
SəhərAzəri xəbər verir, Donald Trampın Meriland ştatındakı Ualter hərbi müalicə mərkəzində iştirakı barədə yayılan təsvirlərə əsasən, o, Amerika ictimaiyyətinin qarşısında maskadan istifadə etməyə məcbur olubdur.
ABŞ prezidenti bu müalicə mərkəzinə daxil olmazdan öncə müxbirlərə demişdi ki, xəstəxanada maskadan istifadə etmək lazımdır və ehtimal üzrə özü də bu işi görəcəkdir.
Ən yeni rəy sorğularına əsasən, Donald Trampın reytinqi nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Bunun səbəblərindən biri də Trampın koronavirus ilə mübarizə üzrə səhiyyə göstərişləri və tövsiyələrinə ciddi yanaşmaması, eləcə də COVID-19 pandemiyasının nəzarətə alınmasındakı zəif fəaliyyətidir.