Britaniyada qapalı məkanlarda tibbi maska taxmaq məcburi olacaq
İyul 13, 2020 20:27 Asia/Baku
Britaniyada qapalı məkanlarda tibbi maska taxmaq məcburi olacaq. Baş Nazir Boris Conson maskaların istifadəsi üçün qaydaların daha da sərtləşdiriləcəyini açıqlayıb.
SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, Britaniyada qapalı məkanlarda tibbi maska taxmaq məcburi olacaq. Baş Nazir Boris Conson maskaların istifadəsi üçün qaydaların daha da sərtləşdiriləcəyini açıqlayıb.
Belə ki, ictimai nəqliyyatdan istifadə zamanı maska taxmaq məcburiyyətinin qapalı yerlərdə də tətbiq olunması müzakirə olunur. Şotlandiyada tətbiq edilən qaydanın Birləşmiş Krallığın digər bölgələrində də tətbiq olunması planlanılır.
Britaniyada iyunun 15-dən etibarən ictimai nəqliyyatda maska taxmaq məcburidir.