Çin İranla ikitərəfli münasibətlərin inkişafını vurğulayıb
İyul 14, 2020 08:43 Asia/Baku
Çin Xarici İşlər Nazirliyinin sözçüsü iqtisadi sahə də daxil olmaqla müxtəlif sahələrdə İranla ikitərəfli əlaqələrin genişləndirilməsini vurğulayıb.
SəhərAzəri xəbər verir, Hua Tsunin dünən gündəlik mətbuat konfransında İran və Çinin 25 illik birgə strateji əməkdaşlıqlar proqramı ilə bağlı xəbərlərə reaksiyada deyib ki, Pekin İran da daxi olmaqla bütün ölkələrlə əlaqələrin inkişafına önəm verir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü İranı Çinlə dost ölkələrdən adlandırıb. Deyib ki, Tehran və Pekin öz mübadilə və həmkarlıqlarını genişləndirəcəklər.
İran İslam Respublikası və Çin/ 25 illik əhatəli əməkdaşlıqlar proqramına əsasən, ikitərəfli münasibətlərin regional və beynəlxalq səviyyələrdə daha da genişləndirilməsini izləyirlər.