İyul 16, 2020 11:09 Asia/Baku
  • Fransa parlamenti sionist rejimə qarşı beynəlxalq sanksiyalara dəstək verib

Fransa parlamentinin üzvləri sionist rejimə qarşı beynəlxalq sanksiyalara dəstək veriblər.

SəhərAzəri xəbər verir, Yüzdən çox fransız deputat bir açıqlamada Fələstin ölkəsinin rəsmən tanınması və qərb sahilinin işğal olunmuş ərazilərə ilhaqı planının pislənilməsi vacibliyini vurğulayıb. Onlar sionist rejimə qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsini istəyiblər.

Fransa parlamenti və senatının bu üzvləri qərb sahilinin ilhaqı planını bir təhdid adlandırıb və belə deyiblər: Avropa Birliyinə üzv 27 ölkədən istəyirik ki, Fələstin ölkəsini rəsmən tanısın. Əks halda, Fransa hökumətinin özü fərdi surətdə bu işi görməlidir.

Fransa prezidenti Emmanuel Makron da iyulun 9-da sionist rejimin baş naziri Benyamin Netanyahudan istədi ki, qərb sahilinin işğal olunmuş ərazilərə ilhaqı planından vaz keçsin.

Almaniya və İngiltərə də oxşar tələblər irəli sürüblər.

Sionist rejimin baş naziri vəd vermişdi ki, qərb sahilinin ilhaqı planının icrasına iyulun birində başlayacaq, amma dünya səviyyəsində, eləcə də Fələstinin daxilindəki güclü müxalifət və pisləmələrin ardınca geri çəkilməyə və bu planın icrasını təxirə salmağa məcbur oldu.

Teqlər