Rusiyada COVID-19-a yoluxanların sayı 752 797 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/dünya-i364690-rusiyada_covid_19_a_yoluxanların_sayı_752_797_nəfərə_çatıb
Rusiyada son sutka ərzində daha 6 428 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2020 07:21 Asia/Baku
  • Rusiyada COVID-19-a yoluxanların sayı 752 797 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 6 428 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

SəhərAzəri APA-ya istinadla xəbər verir, Rusiyada COVID-19-a yoluxanların sayı 752 797 nəfərə çatıb.

 

Son sutka ərzində 167 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 11 937 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 531 692 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.