ABŞ-ın Virciniya ştatında 7 atışmada 3 nəfər ölüb
ABŞ mediaları cümə axşamı günü gecə ötən sutkada Virciniya ştatının Riçmond şəhərində baş vermiş 7 atışmadan xəbər verib.
Bu atışmalarda üç nəfər ölüb, üç nəfər də yaralanıbdır.
Amerika zorakılıq, girovtutma və silahlı hücumlar dalğası ilə üzləşir.
Hər il Amerikanın müxtəlif bölgələrində atışmalar nəticəsində minlərlə nəfər ölür və ya yaralanır. Rəsmi məlumatlara görə, Amerikada 270-300 milyon civarında odlu silah mövcuddur. Bu da bu ölkədə adambaşına bir silah deməkdir.
Amerikada vətəndaş hüquqlarının müdafiəçiləri və qruplarının tələblərinə rəğmən, silah lobbisinin qüdrətinə görə, indiyədək Amerikanın hökumətlərindən heç biri bu ölkədə silah satışının məhdudlaşdırılması barədə qanunlar tətbiq etməyə müvəffəq olmayıbdır.
Belə bir halda, ABŞ prezidenti Donald Tramp amerikalı silah sahiblərinin əsas himayədarlarından biridir.
Tramp prezidentlik dövrünün başlanğıcında Amerikada silahı olanlara xitabən demişdi ki; amerikalı silah sahiblərinə qarşı səkkiz il təcavüz başa çatıbdır və indi onlar Ağ Ev-də real himayədara malikdirlər.