İyul 17, 2020 13:50 Asia/Baku
  • ABŞ-da koronavirus; cəsədlərin saxlanılması üçün soyuduculu konteynerlər sifariş verilib

Amerikanın Arizona və Texas ştatlarının başçıları morqların dolmasına görə, koronavirusdan ölənlərin cəsədlərinin saxlanılması üçün soyuduculu konteynerlər sifariş veriblər.

SəhərAzəri xəbər verir, Onlar bildiriblər ki, bu iki ştatda COVID-19-dan ölənlərin artması və morqların dolmasının ardınca meyitlərin saxlanılması üçün bir neçə ədəd soyuduculu konteyner sifariş verilibdir.

Arizonada Foniks şəhəri başçılarının sözlərinə görə, bu şəhərə 280 cəsədlik tutumu olan 14 soyuduculu konteyner göndərilməlidir. Proqnoz edilir ki, şəhərdə koronavirusdan ölənlərin sayının yüksək olması cəsədlərin saxlanılması üçün şəraiti çətinləşdirəcəkdir.

Texas ştatının San-Antonio şəhərinin səhiyyə və müalicə mərkəzi direktorunun müavini Mario Martins da bildiribdir ki, bu şəhər və Beksar şəhəri koronavirusdan ölənlərdən 180 nəfərin cəsədinin saxlanılması üçün beş soyuduculu konteyner və buzxana alıblar.

Nyu-York şəhəri koronavirusdan ölənlərin sayının artmaqda olduğu aprel ayında cəsədlərin saxlanılması üçün onlarla soyuduculu konteynerdən istifadə etmişdi.

Amerikanın Arizona və Texas ştatlarında COVID-19 xəstələrinin sayının artması göstərir ki, bu xəstəlik həmin iki ştatda nəzarətdən çıxıb.

Amerika hazırda koronavirusla bağlı üç milyon 696 min xəstə və 141 mindən çox ölü ilə dünya ölkələrinin önündə gedir.

Teqlər