Putin Rusiyanın cənubu və qərbində təlim-məşqlərin başlanması barədə əmr verib
Rusiya prezidenti bu ölkənin cənubu və qərbində təlim-məşqlərin başlanması barədə əmr verib.
SəhərAzəri xəbər verir, Vladimir Putin Rusiyanın bu ölkənin cənubu və qərbində yerləşən silahlı qüvvələrinin döyüş hazırlığı miqdarını müşahidə etmək üçün dünən qəflətən təlim-məşqlərin başlanması barədə əmr verib.
Rusiyanın müdafiə nazirliyi bir açıqlamada bildirib: Putinin əmrinə əsasən, cənub və qərb qüvvələrinin, bəzi mərkəzi hərbi bölmələrin, həmçinin hava-desant qüvvələrinin, eləcə də Rusiyanın Sakit Okean və Şimal donanmalarının dəniz piyadalarının təlim-məşqləri başlanıb.
Bu təlim-məşqlər terror təhdidlərinin davam etdiyi Rusiyanın cənubu və qərb bölgələrində hərbi təhlükəsizliyin təmin edilməsi üçün bu ölkənin silahlı qüvvələrinin döyüş hazırlığını dəyərləndirmək məqsədilə keçirilir.
Rusiya Təhlükəsizlik Şurasının katib müavini Dmitri Medvedev də bundan öncə bildirmişdi ki, koronavirus pandemiyası dövründə NATO təlim-məşqlər keçirdi və Rusiya mütləq ona münasib cavab verəcəkdir.
Rusiya-NATO əlaqələri həmişə çox gərgin vəziyyətdə olubdur.
NATO hər il Baltika ölkələrində, Ukraynada, Qara dənzdə və Gürcüstanda beynəlxalq təlim-məşqlər keçirib və bu tədbirlərin anti-rus mahiyyətinə görə, Moskvanın narazılığına səbəb olubdur.