Corciyada bir kimyəvi maddələr zavodunda güclü partlayış baş verib
İyul 18, 2020 12:49 Asia/Baku
İnformasiya mənbələri Amerikanın Corciya ştatında yerləşən bir kimyəvi maddələr zavodunda güclü partlayışın baş verməsindən xəbər veriblər.
SəhərAzəri xəbər verir, “AJC” jurnalı saytının məlumatına görə, Corciya ştatının cənubunda yerləşən Atlanta hava limanı kimi də tanınan “Hartsfild-Cekson” beynəlxalq aeroportunun yaxınlığındakı “Alekmiks” adlı kimyəvi maddələr zavodu yanğına düçar olub.
Hələ bu hadisə barədə artıq detallar verilməyibdir.
Bundan öncə kütləvi informasiya vasitələri İndiana ştatının Vitfild şəhərinin elektrik stansiyasında, həmçinin elə bu ştatda yerləşən “Arslormital” polad zavodunda yanğının baş verməsi haqda məlumat yaymışdılar.