ABŞ-ın Pensilvaniya Ştatında polad zovodunda yanğın baş verib
İyul 18, 2020 23:37 Asia/Baku
ABŞ mediaları Pensilvaniya ştatının Ambric şəhərində polad zavodunda yanğının baş verməsindən xəbər veriblər.
SəhərAzəri Fars xəbər agentliyinə istinadla xəbər verir ki, bu yanğın iyulun 18-də yerli vaxtla səhər saat 05:00-da başlayıb.
Yerli rəsmilərin verdiyi məlumata görə, zavodun yanğından dərhal sonra təxliyə edildiyi üçün qəza zamanı xəsarət alan olmayıb.
Qəzanın baş vermə səbəbləri hələ ki, məlum deyil.
Dünən səhər saatlarında ABŞ-ın Corcia ştatında da kimyəvi maddələr fabrikində yanğın baş verib.
Bundan əvvəl də, ABŞ-ın USS Bonhomme hərbi gəmisi yanğına məruz qalıb və dörd gün müddətinə yanmaqda idi.
Bu hərbi gəminin komandirləri bu hadisəni ağrılı bir faciə adlandırıblar.