Rusiyada koronavirusa yoluxanların sayı 770 mini keçib
https://azeri.sahartv.ir/news/dünya-i364844-rusiyada_koronavirusa_yoluxanların_sayı_770_mini_keçib
Rusiyada son sutka ərzində daha 6109 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2020 07:35 Asia/Baku
  • Rusiyada koronavirusa yoluxanların sayı 770 mini keçib

Rusiyada son sutka ərzində daha 6109 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

SəhərAzəri APA-ya istinadla xəbər veir, Rusiyada COVID-19-a yoluxanların sayı 771 546 nəfərə çatıb.

Son sutka ərzində 95 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 342 nəfərə çatıb.

 

Xəstəlikdən sağalanların sayı 550 344 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.