İyul 20, 2020 07:33 Asia/Baku
  • Sanders:

ABŞ-ın Vermont ştatının senatoru Berni Sanders dünən öz tvitter səhifəsində paylaşdığı yazıda koronavirusun yayılması fonunda ABŞ xalqının vəziyyətinin pisləşməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Berni Sanders özünün tvitter səhifəsində son aylarda 30 milyon amerikalı işçinin iş yerini və maaşını itirdiyinə toxunub. O, bir çox amerikalının qidasını təmin etmək uğrunda mübarizə apardığını söyləyib.

Bu amerikan senator sözlərinin davamında ABŞ-da mövcud olan sosial bərabərsizlik və səhiyyə sisteminin çatışmazlığına işarə edərək, əlavə edib: "ABŞ dünyanın yeganə böyük ölkəsidir ki, hər kəs üçün tibbi sığortaya zəmanət vermir".

Yeni bir araşdırmaya əsasən, ABŞ-da koronavirusun yayılmasından sonra fevral-may ayları arasında beş min dörd yüz amerikalı iş yerini itirdiyi üçün tibbi sığortasını da itirib.

Koronavirusun yayılmasından bəri ABŞ-da minlərlə şirkət və zavodun fəaliyyəti dayandırılıb.

ABŞ-da işsizlik səviyyəsinin 16 faizə çatacağı praqnoz edilir ki, bu da ikinci dünya müharibəsindən sonrakı iqtisadi tənəzzüldən bəri ən pis göstəricidir.

Hazırda ABŞ həm koronavirusa yoluxma, həm də ölüm hallarına görə, dünyada birincidir.

Digər ölkələrdən daha gec koronavirusun testlərinə başlayan ABŞ hazırda xəstələrin sayının yüksək olmasından test dəstləri və tibbi ləvazimatların çatışmazlığı ilə üzləşib.

ABŞ hökuməti, xüsusilə də bu ölkə prezidenti Donald Tramp koronavirusun yayılması qarşısında məsuliyyətsiz yanaşmasına görə, kəskin şəkildə qınanılır.

Teqlər