Amerikalı alimlərdən Trump-a qarşı açıq məktub
ABŞ Milli Elmlər Akademiyasının 1200-dən çox üzvü Trump-ı elmi təcrübələri rədd etdiyinə görə tənqid edib.
SəhərAzəri xəbər verir, Guardian bildirib ki, ABŞ prezidenti Donald Trump-a göndərilən bu açıq məktubu imzalayanlar hökumətdəki elmə əsaslanan siyasəti bərpa etmək istəyirlər.
Alimlər söyləyirlər, Trump administrasiyasının Korona böhranını əhəmiyyət cilvələndirməsi və mütəxəssislərin maska taxmanın zəruriliyini və təsdiqlənməmiş dərmanların istifadə edilməməsinə dair məsləhətlərinə məhəl qoymadığı riskləri genişləndirib.
Elm dünyası ilə son qarşıdurmasında, Ağ Ev Korona böhranını ilə bağlı diaqnozlar və araşdırmalar üçün maliyyə yardımları dayandırmağa çalışır.
Açıq məktub Trump-ın alimlərin iqlimşəraiti ilə bağlı xəbərdarlıqlarını qəbul etməməsinə cavab olaraqyazılıb. 2016-cı ilin sentyabr ayında Amerika Milli Elmlər Akademiyasının 378 üzvü yazdı ki ölkənin Paris İqlim Sazişindən çıxması dünyanın iqlim sistemi və ABŞ rəhbərliyinin etibarlılığı üçün mənfi nəticələrə gətirib çıxarıb.
Amerika Vətəndaş Müharibəsi dövründə qurulan Milli Elmlər Akademiyası həmişə xalqa praktik, müstəqil tövsiyələr verməyə çalışmışdır.
Trump bu yaxınlarda Xəstəliklərə Nəzarət Mərkəzinin tərəfindən məktəblərin yenidən açılması barədəki təklifini, çox bahalı və qeriqənqətbəxş adlandırdı.