Çin: ABŞ-ın birtərəfli sanksiyaları ilə müxalifik
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bir daha ölkəsinin Amerikanın ölkələrə qarşı birtərəfli sanksiyaları ilə müxalif olduğunu vurğulayıb.
SəhərAzəri xəbər verir, Van Venbin deyib: Çin Amerikanın öz daxili qanunları əsasında digər ölkələrin hüquqlarına məhkəmə xüsusiyyətli müdaxilələri və birtərəfli sanksiyaları ilə müxalifdir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın ölkələrə qarşı birtərəfli sanksiyalarının beynəlxalq əlaqələrə hakim kəsilmiş qayda-qanunları pozduğunu bildirib. Deyib ki, Pekin hamı tərəfindən qəbul edilmiş beynəlxalq qanunlar əsasında bütün ölkələrin həmkarlıq etmələrini himayə edir.
Çinin xarici işlər naziri Van Yi də son zamanlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbətdə bildirdi ki, Vaşinqton beynəlxalq səviyyədə qarşıdurmaların artmasına bais olur. O, dedi ki, Amerika öz ağlı, vicdanı və etibarını itiribdir.