İyul 23, 2020 08:46 Asia/Baku
  • Rusiyada İŞİD üzvləri məhv edilib

Rusiyanın Qafqaz bölgəsində İŞİD terror qruplaşmasının dörd üzvü bu ölkənin təhlükəsizlik qüvvələri ilə toqquşmada həlak olub.

SəhərAzəri xəbər verir, Rusiyan Federal Təhlükəsizlik Xidməti FSB elan edib ki, bu təşkilatın məmurları Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə bu ölkənin Şimali Qafqaz bölgəsinin Kabardino-Balkariya Respublikasında İŞİD-in terro hücumunun qarşısını alıblar.

Təşkilatın məlumatına əsasən, Rusiyanın təhlükəsizlik qüvvələri  Kabardino-Balkariya Respublikasının mərkəzində yerləşən Nalçik şəhərində İŞİD terrorçularının sığınacağında bomba, bomba hazırlamaq üçün lazım olan ləvazimat, rabitə vasitələri və silah-sursat aşkar ediblər.

Rusiyan Federal Təhlükəsizlik Xidməti əlavə edib: "İŞİD terrorçularının rabitə vasitələrini araşdırmaqla bəlli olub ki, onlar terror hücumu və partlayış əmrini Rusiyadan kənardan alıblar.

Son illərdə Rusiyanın təhlükəsizlik qüvvələri onlarla İŞİD üzvünü və onların tərəfdarlarını həbs edib və ya öldürübdür. Bunlardan bəziləri İraq və Suriyadakı terrorçu sərkərdələrlə birbaşa əlaqədə olublar və onlardan Rusiyada terror hücumu həyata keçirmək əmri alıblar.

 

Teqlər